Orta rusiyalı Yeni il alış-verişi üçün 16,9 min rubl (436 manat-red.) xərcləməyə hazırlaşır. Onlar artıq xərc çəkməkdən qaçır, yeni il alış-verişi üçün qənaət edirlər.


Facemark.az xəbər verir ki, bu barədə “Vedomosti” “Deloitte”nin “Yeni il və Milad bayramı 2019” hesabatına istinadən yazıb.


Bir il əvvəl istehlakçılar bayram xərclərini 17,6 min rubla qədər artırmağa hazır idilər, amma düzdür ki, xərclər yenə də elə də çox deyildi. İstehlakçıların planlarına iqtisadiyyatdakı vəziyyət haqqında qorxular təsir edir. “Deloitte”nin hesabatına görə, ötən il bir çox rusiyalı, təxminən 51% düşünürdü ki, ölkə iqtisadiyyatında enmə baş verəcək. Şirkətin hesabatına görə, bu il bu rəqəm artıq 61%-ə çatıb.



Yeni ildə alıcılıq qabiliyyətlərinin enməsini gözləyən rusiyaların sayı da gözçarpacaq dərəcədə, 22%-dən 30%-ə qədər artıb. “Deloitte”nin partnyoru Vladimir Biryukov deyir ki, son illər ruslar bayram alışlarına rasional yanaşırlar: “İqtisadiyyatda sürətli artımın olmaması səbəbindən bayram alışlarında enmə müşahidə olunur. Belə olan halda, vətəndaşlar artıq xərclərdən qaçır, qənaət etməyə çalışırlar”. Onun sözlərinə görə, artıq ardıcıl 6 ildir ki, vətəndaşların Yeni il ilə bağlı xərcləri 16-17 min rublu keçmir”. Orta rusların Yeni il xərcləri praktiki olaraq demək olar ki, dəyişmir. Xərclərin böyük, təxminən 47%-i içki və yeməklərə, 41%-i hədiyyələrə, qalanı isə bayram əyləncəsinə gedəcək. “Deloitte”nin məlumatına görə, ruslardan ən çox istənilən hədiyyələr pul, səyahət, smartfon, ətirdir. Amma onların aldıqları ən çox şokolad və kosmetika olacaq. Rus qadınların 80%-i, kişilərin isə 74%-i özü-özünə hədiyyə etməyə hazırlaşır. Bunlar smartfon, kosmetika, ətir və s. ola bilər.