“Unilever” son 10 ildə ilk dəfə baş direktorunu dəyişəcək. Korporasiyanın CEO-su Pol Polman təqaüdə çıxmağa qərar verib. Onu “Beauty & Personal Care” seqmentinin prezidenti Alan Cop əvəz edəcək.
Facemark.az -ın məlumatına görə, bu barədə Rusiya KİV-i şirkətin mətbuat xidmətinə istinadən yazıb.
Kadr dəyişikliyi yalnız yanvarın 1-dən qüvvəyə minəcək. Amma Polman keçid dövründə hələ yarım ildə “Unilever”ə kömək edəcək. Polman FMCG nəhənginə 2009-cu ilin yanvarından rəhbərlik edir. Güman olunur ki, onun təqaüdə çıxması biznesin restrukturizasiya ilə bağlı layihənin sürətləndirilməsi məsələsini gecikdirə bilər. Belə ki, “Unilever” Britaniya Unilever PLC və Hollandiyanın Unilever NV-ni birləşdirərək, idarəetmə strukturunu sadələşdirməyi planlaşdırırdı.
Bu, plan çərçivəsində qərargah Londondan Rotterdama köçməli idi. Biznes reformunun məqsədi milyardlarla dollara qənaət etmək və milyarlıq səhmləri geri qaytarmaq idi. Ancaq planın reallaşmasına səhmdarlar qrupu mane olmuşdu. İnvestorların bir hissəsi buna qarşı çıxdı, nəticədə Direktorlar Şurası onların fikrini nəzərə almalı və yenidən təşkil məsələsini təxirə salmalı oldu. Analtiklər isə deyirlər ki, bu baş direktor üçün alçaldıcı qərar idi, çünki yenidənqurma ilə bağlı layihənin təşəbbüskarı elə CEO-nun özü idi.
Foto: Alan Cop
Qeyd edək ki, Polmanın varisi isə 54 yaşlı Alan Copdur. O, şirkətdəki karyerasına hələ 1985-ci ildən başlayıb və karyerası ərzində təcrübəçidən top-menecerə qədər yüksəlib. Demək olar ki, 10 il “Foods”un Amerika biznesi və “Home Care & Personal Care”ə cavabdeh olub. Dörd il ərzində isə “Unilever”in Şimali Asiya, Rusiya regionu, Afrika və Yaxın Şərqdəki prezidenti vəzifəsini tutub. 2014-cü ildən isə “Beauty & Personal Care” seqmentinə rəhbərlik edib.
“Unilever”in direktorlar şurasının sədri MareinCekkers Polmanı seçilən biznes lider adlandırıb: “O, kompaniyanı transformasiya edib və şirkəti öz sahəsi üzrə ən effektiv şəklə salıb”. Polman məsuliyyət kapitalizminin yeni dövrünün müəyyən edilməsində mühüm rol oynayıb və bu cəhdləri Unilever Sustainable Living Plan davamlı inkişaf strategiyasında öz əksini tapıb. Cekkers top-menecerə “Unilever”in inkişafındakı roluna görə təşəkkür edib.
