Facemark.az yerli reklam agentliyində eşidə biləcəyiniz ingilis dilində olan terminlərin siyahısını oxucularımız üçün hazırlayıb.


1. SMM – Sosial Media Marketinq (sosial şəbəkələrdə marketinqlə məşğul olaraq malların satışının təşkil olunması)



2. Briefing – Təlimat; brifinq


3. B2B (Business to Business) – B2B (şirkətlərarası sövdələşmə, şirkətlərə, təşkilatlara satış, korporativ satışlar. şirkətin şirkətə satış etməsi)


4. B2C (Business to Consumer) – B2C (fərdlərə,müştəriyə satış)


5. Brainstorming – Əqli hücum üsulu (yeni fikirləri, ideyaları yaratma prosesidir)


6. CPC (Cost per Click) – Sayta yerləşdirilmiş baner və ya reklam xarakterli materialların üzərinə klik eləməklə (tiklamaqla), klik sayına uyğun ödənişin edilməsi


7. Case – Praktikadan götürülmüş real bir vəziyyət, hadisə


8. Ecosystem – Ekosistem (bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdikləri davamlı, tənzimləyən sistemidir)



9. Go-to-market strategy – Marketə daxil olma strategiyası (müştərilərə unikal dəyər təklifini çatdırmaq və rəqabət üstünlüyünə nail olmaq üçün daxili və xarici resurslardan istifadə edərək, təşkilatın planıdır)


10. KPI (Key Performance Indicator) - Əsas Effektivlik Göstəriciləri (təşkilatın strateji və taktiki məqsədlərə çatmasına kömək edən vahid performans göstəriciləri)


11. Meetups - Qeyri-rəsmi görüş və ya toplantı (Eyni maraqlarda olan insanlar üçün fərdi tədbirləri təşkil etmək məqsədilə istifadə olunan bir xidmətdir)


12. Mentor – Mentor (nümunəvi biznes biliyi, davranış, bacarıq kimi örnəyinə əsaslanaraq daha yeni bir insanın və ya layihənin formalaşmasına təkan verən bir şəxs)



13. Naming – Ad vermə prosesi (bir şirkət, məhsul və ya xidmət üçün bir brend adı vermək prosesi. Şirkətin marketinq strategiyasının ən vacib hissəsidir)


14. Networking - Əlaqələr dairəsi (sosial və peşəkar fəaliyyətlər nəticəsində insanlarla etibarlı və uzunmüddətli münasibətlərin qurması və qarşılıqlı dəstəyin təmin edilməsidir)


15. Outsourcing – Xarici resursların istifadəsi (bir şirkətin müəyyən istehsal fəaliyyətinin və ya funksiyaların başqa bir şirkətə müqavilə əsasında ötürülməsi)


16. Product Placement - Brendin, məhsulun loqosunu, adını və digər atributunu kino, serial, veriliş, oyun və s-lərdə yerləşdirilməsi



17. Rebranding - Məhsul və ya xidmətin inkişafı üçün brendin hazırkı vəziyyətinin təkmilləşdirilməsi


18. Team building - Komanda quruculuğu (keyfiyyətli və davamlı performans üçün komandanın malik olduğu potensialı əvvəlcədən müəyyənləşdirmək)


Mənbə: Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi


Terminlərin izahı lüğəti