“Çiftlik Bank” ilə minlərlə insanı aldadan “Tosun” ləqəbli Mehmet Aydın, Beynəlxalq Polis Təşkilatının (Interpol) ən çox axtarılanlar siyahısına daxil olub.


Milyonlarla lirə ilə ortadan yoxa çıxan “Tosun” Türkiyənin Baş Təhlükəsizlik İdarəsinin təşəbbüsləri nəticəsində “Interpol”un “Most Wanted” siyahısına daxil olub. Onun fotoları da Beynəlxalq Polis Təşkilatının qeydiyyatına daxil edilib.


Facemark.az-ınməlumatına görə, “Interpol”un rəsmi saytında yazılıb ki, 27 yaşındakı Aydın Türkiyə hökumətinin tələbi ilə axtarılır. O, informasiya sistemləri, bank, maliyyə təşkilatlarından istifadə edərək oğurluq etmə, şirkət rəhbəri olaraq hiylə ilə oğurluq həyata keçirmək, cinayət məqsədilə təşkilat qurmaq, “çirkli pulun yuyulması” və vergi pozuntusu cinayətləri ilə ittiham olunur.



Eyni istintaq çərçivəsində, ən çox axtarılanların siyahısına onun qardaşı Fatih Aydın da daxil edilib.


Qeyd edək ki, bankda minlərlə insanın qeydiyyatı olumuşdu və milyonlarla pul yatırılmışdı. O, ”Çiftlik Bank” dələduzluğu ilə ittiham olunmuş və bundan sonra ölkədən xaricə qaçmışdı.


Mənbə: Sputnik