“Burger King” mobil reklamçılıq üzrə agentlik axtarışındadır.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, agentlik şirkətə restoran üçün əməkdaşların axtarışı, kupon və çatdırılma kanalları üzrə satışlarının artımına kömək etməlidir. Podratçı ilə müqavilənin imzalanması 2019-cu ildə nəzərdə tutulub. Müqavilənin ümumi dəyəri isə 80 milyon rubldan (1,2 milyon dollar-red) çoxdur.


Şirkətdən isə bildirilib ki, hədəflənmiş fəaliyyətlərin marjinal dəyəri üzrə (CPI, CPL, CPO) və il ərzində yüksək satış həcmlərinin təminatını verən agentliyin tenderin qalibi olmaq şansı daha yüksəkdir.


Tenderdə iştirak üçün qeydiyyat yanvarın 11-dən media@burgerking.ru maili üzərindən başlayacaq. Qalib isə 2019-cu ilin fevralın 11-də elan ediləcək.