“Deloitte”, futbol liqası hesabatına istinadən 2017/18 mövsümü üçün ən çox gəlir əldə edən komandaların adını açıqlayıb. “Beşiktaş” ilk dəfədir ki, “Deloitte”nin hesabatına düşüb. Bu il ilk 20 siyahısında düşmək üçün komandaların təxminən 200 milyon avroluq gəlir əldə etməsi gözlənilirdi.


- Ən yüksək gəlir əldə edən 20 komandanın ümumi gəliri 6% artaraq 8,3 milyard avroya çataraq yeni bir rekord qırıb.


- “Real Madrid” hesabatda artıq 12-ci dəfədir ki, birinci olur və yeni rekorda imza atıb. 2014/15 mövsümündən sonra, bu mövsüm qazandığı 750,9 milyon avro ilə yenidən birinci olub.


- İkinci yeri siyahıda bir pillə yüksələn FC Barcelona olub. “Manchester United” ötən il hesabatda birinci yerdə qərarlaşmışdı. Amma bu mövsüm isə 3-cü olub.


- Türk futbol klubu “Beşiktaş” ən çox gəlir əldə edən 20-30 komandanın siyahısında 26-cı olub.


- Tottenham Hotspur, 2006/07 mövsümündən sonra ikinci dəfə 10 komanda arasında yer alıb. Beləliklə, ingilis komandaları rekorda imza ataraq 6 komanda ilə ilk onluğa daxil olublar.


“Beşiktaş” ilk dəfədir siyahıda


Çempionlar Liqasındakı uğurlarından dolayı ilk 30 komanda arasında yer alan “Beşiktaş” bugünə qədər ən yaxşı nəticəsini göstərərək 26-cı, “Sevilla” isə 27-ci oldu.


Türk futbol komadasının ilk dəfə siyahıya düşməsini isə “Deloitte Türkiyə Futbol Sənayesi üzrə mütəxəssis Cem Sezgin dəyərləndirib:


“Beşiktaş, 2015/16 – 2017/18 arasında, təxminən 3 mövsümdür ki, idman baxımından Türkiyə və Avropada çox uğurlu olub. Eyni zamanda, yeni stadionu açılıb, vacib idman müqavilələri bağlanılıb, sosial mediadan çox aktiv şəkildə istifadə edilib. Komandanın idman uğuru onun UEFA-dan əldə edilən və Türkiyədən olan birbaşa gəlirlərinə təsir etməklə yanaşı, stadionların tam dolması – matç günü gəlirlərini və “Kartal Yuvası” satışlarını da yuxarı yüksəldib. Komanda 2017/18 mövsümündə Çempionlar Liqasından əldə etdikləri rəqəmə, əsasən belə bir nəticənin əldə edilməsi sürpriz olmadı”.


Türk klubların son 7 ilin 6-da siyahıda


O, deyib ki, 2013-2017 illər arasında ən azı bir komandamız siyahıda yer alıb. Hətta 2014-cü ildə, həm “Galatasaray”, həm də “Fenerbahçe” ilk 18-liyə düşmüşdülər. Amma 2018-ci ildə isə heç bir komandamız siyahıda yer almadı. Sezgin bildirib ki, düzdür “Beşiktaş”ın gəlirlərində artım olub, amma digər klublar ilə müqayisə etdikdə bu rəqəm cüzidir. Və siyahıdakı ilk 30 klubdan geri qalıb.


O, əlavə edib ki, İngiltərə klublarının siyahıda ön pillələrdə olmasına yeni yayım tenderinin təsiri böyük olub.


Hesabata buradan baxa bilərsiniz.