Yaponiyanın şirkəti olan “Asahi Group” “Fuller, Smith & Turner” pivə istehsalçısından markalarını alıb.
Facemark.az-ın məlumatına görə, “Bloomberg” yazır ki, pivə biznesinin adıçəkilən şirkətdən alınması Yapon şirkətinə 330 milyon dollara başa gəlib və tərəflər arasında müqavilə imzalanıb.
Tərəflər arasında imzalan əməkdaşlıq müqaviləsinə görə, “Asahi”, “London Pride”, “Frontier” və “Cornish Orchards”ın daxil olduğu pivə və aşağı alkoqollu içki olan alma şirəsi markalarını alıb. Nəticədə, Avropda Yapon şirkətinin biznesi daha da genişlənəcək.
Daha əvvəl isə şirkət öz potfelinə “AB InBev” və “SABMiller”dən əldə edilən markaları da əlavə etmişdi.
Öz növbəsində, “Fuller Smith & Turner”ə pivə istehsalı ilə əlaqədar biznesindən xilas olmaq istəyir. Şirkət pivəxana və mehmanxana biznesini genişləndirməyi hədəfləyib. Son zamanlar pivə istehsalçısı ciddi rəqabətin fonunda problemlərlə üzləşmişdi.