Bir çox biznes və media nümayəndələrinin maraq dairəsində olan “Golden People Awards” mükafatlandırma mərasimi martın 4-də “ABA Event Group” şirkətinin təşkilatçılığı ilə “Boulevard Hotel Baku”da keçiriləcək.
Facemark.az-a təşkilatçılardan verilən məlumata görə, nüfuzlu mükafat sayılıb seçilən incəsənət nümayəndələrin, iş adamlarına, media, tibb, idman,ictimai xadimlər, elm xadimləri, influencerlər müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq.
Hər kəsin diqqətini cəlb edən və rəğbətini qazanan mükafatlandırma mərasimi paytaxtımızda ilk dəfə keçriləcək. Tədbir saat 17:00-da başlayacaq. Öncə qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak edəcəklər.
Tədbir bitdikdən sonra mükaftçılar “after party”də iştirak edəcəklər. Mükafatlandırma mərasimində yerli məşhurlarla yanaşı, xaricdən gələcək tanınmış simaların da iştirakı gözlənilir.
Layihənin təşkilatçıları Aqil Məmiyev və Ləman Mirtalıblıdır.
Mükafatlandırılma mərasiminə namizəd olmaq istəyənlər, goldenpeopleawards@gmail.com mail adresi ilə müraciət edə bilərsiniz.
Qeyd edək ki, Facemark.az bu il keçiriləcək mükafatlandırma mərasiminin media dəstəkçisidir.