“Apple”in istehsal etdiyi öz qadjetləri ilə reklam çəkməsi artıq ənənə halını alıb.
Facemark.az xəbər verir ki, daha əvvəlki ildə belə bir video Çin Yeni ili ərəfəsində bazara çıxarılmışdı.
Ənənəvi Yeni il mini filmində “Apple” ayrı-ayrı ailələrin tarixçəsindən danışır. Amma ümumilikdə isə bu tarixçələri birləşdirən yeganə səbəb isə kompaniyanın Çinin həqiqi ənənə və Çin xalqının dəyərlərini nümayiş etdirməkdən ibarətdir.
2018-ci ildəki reklam çarxı 7 dəqiqədən ibarət idi və “iPhone X” ilə çəkilmişdi. Bu filmdə qatar bələdçisinin həyatından bəhs edilirdi. Belə ki, o işinə görə, oğlunu Çin Yeni ili ərəfəsində belə görə bilmir. Ancaq çarxda daha sonra göstərilir ki, o oğlunun cəmi 3 dəqiqəlik qısa bir müddətdə yalnız platformada görə bilir.
Yeni kampaniyanın süjetində isə gənc oğlanın həyatından danışılır, belə ki o evdən gedir. Anası isə onu böyük bir vedrə ilə yola salır. O hətta anasının onun üçün hazırladığı vedrədən və onun içindəkilərdən belə xəbəri yoxdur. Amma bununla belə o əvvəlcədən anasına deyir ki, “ana hər şey şəhərdə var”. Analar bütün dünyada eynidir və onlar övladın nədənsə imtina etməsini qəbul etmirlər. Oğlan evə gəlib vedrəni açanda isə təəccüblənir. Belə ki, o təəccübü ilə yanaşı anasının sarsılmaz və kövrək sevgisini hiss edir.
Çarx yeni iPhone XS modeli ilə çəkilib. Smatfonun üstünlüyü müxtəlif mənzərə çəkilişlərini keyfiyyətlə həyata keçirməyə imkan verib.
Yeni çarx
Ötən ilki çarx