Sevərək izlədiyimiz “Mandıra Filozofu” Müfit Can Saçıntı Facemark.az onlayn marketinq portalının təşkilatçılığı ilə Bakıya gəlir.
Türkiyənin məşhur rejissoru, ssenaristi martın 6-da “Pullman Baku” otelində “Mutluluk nedir” mövzusunda danışacaq. Tədbirin tərəfdaşı isə “FİL Agency”dir.
Giriş biletlərdir. Biletləri, həm offlayn, həm də onlayn şəkildə əldə edə bilərsiniz. Biletin qiyməti 20 AZN-dir.
Online bilet almaq üçün link: https://iticket.az/…/mufit-jan-sachinti-what-is-happin…/8444
0512954677
Qeyd edək ki, 2014-cü ildə Türkiyədə Müfit Can Saçıntının rejissorluğu ilə “Mandıra Filozofu” komediya filmi ərsəyə gətirilib. Bu, film ona əlavə məşhurluq gətirib. Filmdə pula qarşı olan, Mustafa Ali obrazını Müfit Can canlandırır. O, Çökürtme kəndində şəhər həyatından uzaq yaşayır. Baş qəhrəman yaşamaq üçün təbiətin verdiyi imkanların kifayət etdiyi fəlsəfəsinə inanır. Bir gün İstanbulda yaşayan varlı iş adamı Cavitin Mustafa Alinin ərazisini alaraq otel etmək təşəbbüsü onun həyatını alt-üst edir.
Video: