“Coca-Cola” kompaniyası son 10 ildə ilk dəfə apelsin və vanilinin qarışığından ibarət yeni dadda qazlı içkini təqdim edib.


Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.


Yeni kola-“Orange Vanilla Coke” fevralın 25-də birinci növbədə ABŞ bazarında banka və plastik butulkalarda satılacaq. Və eyni zamanda iki varinatda şəkərli və şəkərsiz.


Kompaniya yeni məhsulun bazara çıxarılmasından öncə, müxtəlif dadda olan içkiləri istehlakçılar ilə birgə test edib. Buna böyürtkən, zəncəfil və limon və s. daxildir. Amma potensial müştərilərin ən çox bəyəndikləri dad isə apelsin və vanilin qarışığından əldə edilən olub. Buna görə də, məhz bu bazara çıxarılacaq.


“Orange Vanilla Coke”un hazırlanması “Coca-Cola” komandasına bir ildən az vaxta başa gəlib. Daha əvvəl “Coca-Cola” bazara müxtəlif dadda olan içkilər buraxmışdı. Müxtəlif dadda olan məhsul xəttinə 2007-ci ildə vanilli məhsul daxil olub, 1985-ci ildə isə müştərilər albalı dadında məhsulu dadıblar.


Xatırladaq ki, 2018-ci ildə şirkət “Costa Coffee” qəhvəxanalar şəbəkəsini aldıb. Bu şirkətin isti içkilər kateroqiyasında birinci beynəlxalq brendi olub. Bundan başqa, şirkət özünü alkoqollu içkilər seqmentində də sınayır. Belə ki, şirkət Yaponiya bazarına “Lemon-Do” brendi adı altında məhsul buraxıb.