Gəlin etiraf edək ki, biz də daxil olmaqla insanların bir çoxunun boş vaxtı ilə bərabər səbri də azalıb. İnsanlar daha tez istədiklərinə nail olmaq və az vaxt itirmək istəyirlər. Bu nəinki, real həyatda virtual aləmdə də belədir. “SumAll”ın etdiyi araşdırmalara əsasən:
- 40 simvoldan ibarət” Facebook” paylaşımları uzun paylaşımlara nisbətən 86% daha çox geridönüş alır.
- 100 simvoldan az tvitlər uzun tvitlərə nisbətən 17% daha çox geridönüş alır.
“LinkedIn”də daha çox geridönüş almaq istəyirsinizsə, təxminən 25 simvoldan istifadə edin.
“Youtube” optium video uzunluğu 3 dəqiqədir.
Bu şəbəkələr bizə daha uzun yazılar yazmağa şərait yaradır, ancaq biz uzun-uzun yazmaq məcburiyyətində deyilik. Özümüzə ən uyğun versiyanı tapmalıyıq.
Bildiyiniz kimi, məzmun növləri müxtəlifdir. Bunlardan ən çox istifadə olunanlar şəkil, video, yazılardır. Bir neçə il bundan əvvələ qədər video məzmunlar demək olar ki, yox səviyyəsində idi. Bu sahədə gedən sürətli inkişaf səbəbilə artıq yeni trendlər formalaşmış və video məzmunlara tələbat daha da artmışdır. Gəlin, buna statistiklara əsaslanaraq baxaq:
- “Facebook” istifadəçiləri gündə 8 milyard videoya baxır (Facebook)
- “Facebook”da gündə 100 milyon saat videoya baxılır (Facebook)
- İnternet istifadəçilərinin 55%-i hər gün minimum 1 videoya baxır. (MWP)
- 2020-ci ildə məzmunların 79%-i videolar olacaq. (Cisco System)
- Məzmunda video varsa, 59% insan videoya baxır. (MWP)
- Marketoloqların 52%-i videonun daha yüksək ROI-ə (Return on Investment) sahib olduğunu deyirlər. (Syndacast)
- Video məzmun istifadə edən marketoloqlar gəlirlərində 49% daha sürətli artım görürlər. (Aberdeen)
Onu da qeyd edim ki, 1 video məzmunun reklamı şəkil reklamından daha ucuz başa gəlir. Bu da video məzmunların effektivliyini daha da artırır.
Videolara çox baxılmasına, əsasən hər video üçün eyni effekt olacaq deyə bilmərik. Təbii ki, videonun məzmunu, keyfiyyəti, paylaşım kanalları, reklam büdcəsi mühüm rol oynayır.
Məzmun səmimi, yaradıcı, bəzən də nostaljik olmalıdır. Çox vaxt insan keçmişi xatırlamağı, illər əvvəl yaşadığı hissləri təkrar hiss etməyi sevir.
Buna misal olaraq, “Ziraat Bank”ının ötən ilin dekabrında sosial media və televiziyada yayımladığı reklamı göstərə bilərik. Bilirik ki, bir bank reklamını izləmək hamıya maraqlı olmur. Ancaq bu reklamın hal-hazırda “Facebook” səhifəsində layk sayı 20.3K-dır və 5.9K dəfə paylaşılıb.
Hələ “Youtube” və TV üzrə nəticələri demirəm.
Reklamın uğurlu alınmasının səbəbi isə keyfiyyətin əla olması, bankın xidmətlərini birbaşa satmaması, nostaljik notlarla hisslərə toxunması, yaxşı komandaya sahib olmasıdır.
Videonun linkini aşağıda qeyd edirəm.
Adıçəkilən video:
Qeyd: Azərbaycanda ötən il “Facebook” sosial platforması üzərində 1 000 000 unikal baxış yığan reklam çarxlarından biri kimi “Bank Respublika”nın təmassız ödənişlər ilə bağlı hazırladığı reklam filmini göstərə bilərik.
Bəs siz ötən il yerli və xarici hansı reklam filmini uğurlu hesab etdiniz? Siz də fikirlərinizi bölüşsəniz, şad olaram.
FİL AGENCY-nin dijital marketinq üzrə mütəxəssisi Şəbnəm Abdullayeva