Beynəlxalq ödəniş sistemi “Mastercard” bir sıra dəyişikliklər həyata keçirir. Belə ki, yanvarın başlanğıcında brend dijital-adaptasiya haqqında elan edib. Bunun başlanğıcı olaraq marka öz loqosunu dəyişdi.


Facemark.az xarici mətbuata istinadən xəbər verir ki, indi isə şirkət şəxsi audio melodiyanı işə salır. Brend yeni xətti ilə brendin inkişafının yeni mərhələsini qeyd etdi.


İstehsalçıların sözlərinə görə, unikal melodiya asan yadda qalacaq, öz növbəsində müştərilərin həyatında ödəniş sisteminin mövqeyi möhkəmlənəcək. “Mastercard”a bu işdə musiqiçi, rəssam və reklam agentlikləri kömək olub.


Bu işdə öz töhfəsini “Linkin Park” qrupunun yaradıcılarından biri olan Mayk Şinoda verib. Müxtəlif alətlər, temp ilə oynamaq və ritmlər “Mastercard”ın melodiyasını fərqli stildə təqdim etməyə imkan verib. Məsələn, opera, kinomatoqrafiya və s.


Daha çox musiqi variantına buradan dinləyə bilərsiniz.


“Mastercard”ın melodiyası şirkətin bütün səsli arkitekturasının əsasıdır. Onun müxtəlif elemetləri reklamda, ödəniş zamanı və müştərilərə xəbərdarlıqlar zamanı istifadə olunacaq. Markanın yeni kampaniyası qısa video çarxlarla nümayiş etdirilib.


Rəsmi olaraq isə, “Mastercard” “Grammy” mükafatlandırma mərasimi ərəfəsində, müğənni Kamila Kabellonun iştirakını elan edib.