FMR TV-nin qonağı SAT Group şirkətinin rəhbəri Azad Qəhrəmanov-dur.


Azad bəy, fevralın 23-də baş tutacaq SAT Forum 2019 ilə bağlı suallarımızı da cavablandırdı.


Məkana görə, EDEL MALL mərkəzinə təşəkkür edirik!


Əlavə edək ki, 360 dərəcə satışın müzakirə olunduğu SAT Forum 23 fevral Holiday Inn oteldə keçiriləcək.


360 nəfər biznes sahiblərini və satış/marketinq mütəxəssislərini birləşdirən SAT Foruma satış haqda danışmağa siz də dəvətlisiniz.

Forumun məqsədi biznesin inkişafı, satışın stimullaşdırılması, effektiv satış strategiyası istiqamətlərinin müəyyən olunması və bu sahə üzrə ixtisaslaşan mütəxəssislərin müzakirəsi üçün platforma yaratmaqdır.

Satış forumunda müxtəlif sferalarda çalışan mütəxəssislər dəyərli təcrübələrini paylaşacaq.


Qeyd edək ki, SAT Forum çərçivəsində FMR TV-nin yeni çəkilişləri olacaq. Adınız, şirkətinizin adının FMR TV-də səslənməsini istəyirsinizsə, o zaman suallarınızı bizə yazın, səsləndirək.


Hər kəsə uğurlar!