Amerikanın iş adamı Uorren Baffet “Heinz və Kraft”ın birləşməsi ilə bağlı müqavilə çərçivəsində daha çox ödəniş etdiyini qəbul edib.
Facemark.az-ın məlumatına görə, biznesmen CNBC-yə müsahibəsində deyib ki, o bununla belə şirkətdəki payını satmağa hazırlaşmır.
Ərzaq nəhənginin səhmlərinin dəyərinin kəskin ucuzlaşması nəticəsində biznesmenini sərvətinin dəyəri 4,3 milyard dollar azalıb. Səhmlərinin dəyərinin düşməsi şirkətin 15,4 milyard dollar zərəri və dividentlərinin azalması ilə bağlı olub. Həmçinin şirkət ABŞ-ın qiymətli kağızlar üzrə komissiyası tərəfindən keçirilən yoxlama haqqında da bildirib.
“Biz “Kraft”a görə daha çox ödədik”, - deyə o nəşrə müsahibəsində əlavə edib. Baffet qəbul edib ki, o “Kraft Heinz” ilə bağlı bir neçə məsələdə səhv edib. Biznesmen əlavə edib ki, o “Kraft”dakı payını satmağa hazırlaşmır. O əlavə edib ki, bu addımı atmaq çətin olardı. 2013-cü ildə milyarder dünya brendi “Heinz”i almaq üçün Braziliyanın “3G Capital” ilə birləşib. Daha sonra o həmin şirkət ilə “Kraft Foods Group”, “Heinz” birləşməsini maliyyələşdirib. Sazişin dəyəri 49 milyard dollar qiymətləndirilib.