Amerikanın avtokonserni “Ford” qlobal restrukturizasiya proqramı çərçivəsində Rusiya ərazisində iki əsas zavodunu bağlayacaq. Həmin zavodlarda (Yar Çallı, Vsevolojsk şəhərləri) “Ford Focus”, “Ford Fiesta”, “Ford EcoSport” və “Ford Mondeo” avtomobilləri istehsal edilir.
Facemark.az-ın məlumatına görə, bu barədə “Reuters” sənayedəki 3 mənbəyə istinadən xəbər verir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, müəssisələrin bağlanması şirkətin adıçəkilən regionda biznesin yenidən strukturlaşdırılması üzrə proqramının bir hissəsi ola bilər. Belə ki, adıçəkilən sahə şirkətə heç də gəlir gətirmir. “Ford”un Rusiya ərazisindəki nümayəndəsi qeyd edib ki, bununla bağlı qəti qərar 2019-cu ilin ikinci rübündə qəbul olunacaq.
“Aksionerlər yeni qlobal strategiyası çərçivəsində adıçəkilən regionda biznesin yenidən strukturlaşdırılması üzərində müzakirə aparırlar. Qəti qərar 2019-cu ilin ikinci rübündə qəbul olunacaq. Hazırda bütün zavodlar fəaliyyətlərini davam etdirirlər”, - deyə kompaniyadan qeyd ediblər.
O, əlavə edib ki, istehsalçı ölkə ərazisində yalnız yüngül ticarət avtomobillərini saxlayacaq. Tatarıstan, Alabuqa şəhərində yerləşən zavodda yüngül ticarət avtomobillərinin “Ford Transit” ”Kuga” və “Explorer” istehsalı davam etdiriləcək.
Xatırladaq ki, yanvarda “Ford Motor” elektrikli skuterlərin –“Spin”in kirayəsi üzrə xidməti elan etmişdi. Şəhər nəqliyyat bazarının sürətli inkişafına görə, şirkət belə bir qərar qəbul etmişdi.