“Wildberries” internet-mağazası bu il Runetin ən bahalı şirkətləri reytinqində 4-cü olub.
Facemark.az-ın məlumatına görə, “Forbes”in qiymətləndirməsinə, əsasən marka dəyəri 1,2 milyard dollardır.
Kompaniyanın yeganə sahibi Tatyana Bakalçukdur. Onun sərvətinin dəyəri hazırda 1 milyardan çoxdur.
Bu halda o, Rusiyanın Yelena Baturinadan (sərvətinin dəyəri 1,2 milyard dollardır) sonra ikinci-milyarder qadınıdır.
İngilis dili müəllimi olan Tatyana xanım öz biznesini yoldaşı Vladislav ilə birlikdə hələ 2004-cü ildə qurub.
Öncə onlar “Otto” və “Quelle”nin qadın kataloqu üzrə qadın paltarlarının satışı ilə məşğul olublar. Hazırda sayta bir ayda 60 milyon insan ziyarət edir. 2018-ci ildəşirkətin gəlirləri 1,7 milyard dollar olub.
Bir il öncə isə Bakalçuk 600 milyon dollarlıq sərvəti ilə ilk dəfə Rusiyanın ən zəngin insanları siyahısına düşüb. Həmin vaxt o, “Monaka” futbol klubunun sahibi, biznesmen Dmitriy Rıbolovlevin keçmiş həyat yoldaşı Elena da reytinqdə onunla bərabər yarışırdı. Belə ki, həmin zaman onunsərvətinin dəyəri də 600 milyon dollar qiymətləndirilirdi.


