Şərqi Avropanın kreativ marketinq və reklam kommunikasiyaları üzrə ən böyük festivalı aprelin 17-19-da Belarusun paytaxtı Minsk şəhərində baş tutacaq.


Facemark.az xəbər verir ki, "White Square"in builki sloqanı “Your Moment is Now!”dur. Festival top menecerləri, brendlərin marketinq direktorlarını işgüzar və maarifləndirici proqramda iştirak etməyə dəvət edir.


Doymuş informasiya şəraitində emosialar tez-tez qalib gəlir. İstehlakçı tələbatı inanılmaz sürətlə dəyişir, real marketinq alətlərini "feyk"dən ayırd etmək çətin olur. White Square-in builki proqramı mütəlif bazarlarda işləyən effektiv marketinq təcrübələri və innovasiya həlləri ilə aktuallaşdırılıb. Festivala kommunikasiya yaradılığı və layihələrin effektivliyi üçün dünyanın 20 ölkəsindən tanınmış ekspertlər dəvət olunub. Ekspertlər Cannes Lions, D & AD, Effie kimi nüfuzlu festivalların 200-dən çox mükafatına sahibdirlər.



11-ci dəfədir ki, təşkil ediləcək festivalın proqramını bu linkdən əldə edə bilərsiniz.


İştirakçılar maarifləndirici və trendə olan proqramla tanışlıqdan başqa, qeyri-rəsmi formatda - əyləncə, yaradıcılıq atmosferinin bir-birinə qarışdığı qala gecəsində Avropa və MDB ölkərinin peşəkar cəmiyyəti ilə tanış olmaq şansı əldə edəcəklər. 29 marta qədər müsabiqədə iştirak ilə bağlı müraciətlər davam edəcək. Söhbət festival çərçivəsində baş tutan Creativity, Branding, Marketing, Media, Digital, Social ad müsbaiqələrindən və son iki ildə reallaşdırılan Creative Effectiveness-dən gedir. İşlər onlayn qaydada, festivalın rəsmi saytı üzərindən adfest.by qəbul edilir.


Qeyd edək ki, akkreditasiya məsələləri üzrə festivalın rəhbərliyinə-AKMA müraciət etmək lazımdır. Bunun üçün info@adfest.by elektron poçtuna, müsabiqədə iştirak ilə bağlı suallarınız olduqda isə konkurs@adfest.by yaza bilərsiniz.


Xatırladaq ki, bu il Facemark.az festivalın Azərbaycan üzrə media partnyorudur.