Sandra Kapcic “Havas Creative Group Russia”nın baş direktorluğuna gətirilib. Sandra yeni vəzifəsində şirkətin sonrakı beynəlxalq müştəri portfelinin böyüməsinə cavabdeh olacaq. Bundan başqa, top-menecer lokal müştərilərə diqqət ayırmalıdır.


Facemark.az-ın məlumatına görə, bundan əvvəl top-menecer vəzifəsini icra edən Tara Erikson cari tapşırıqların icrasını 2019-cu ilin mayına qədər davam edəcək. O, 2014-cü ilin martından “Havas”ın Moskva ofisinə rəhbərlik edirdi.


Tara xanım yeni vəzifəsini “Havas Health & You New York”da davam edəcək. Kapcic Xorvatiya, Böyük Britaniya, israil, Rusiya kimi ölkənin reklam və nəşriyyat sahəsində 20 illik təcrübəyə malikdir. O, həmçinin “Publicis”, “Lowe”, BBDO kimi agentliklərdə çalışıb.



Onun naliyyətləri arasında “MeqaFon”, “M.Video”, Gerber, Nike, T-Mobile, Garnier, Cosmopolitan, Playboy, Grazia, Nestle, Sanofi, Sandoz, Bepanthen, Renne, Toyota, “Yandex”, “Yota” və s. kimi markalar ilə olan işlər var.


Qeyd etmək yerinə düşər ki, “Havas”a qədər o, BBDO Moscow-a daxil olan Instinct agentliyində işləyib. Yeni top menecer adıçəkilən agentlikdə 2011-ci ildən müştərilərlə əlaqə üzrə departamentdə çalışıb.