WPP reklam holdinqinə daxil olan, “Kantar” araşdırma şirkəti bütün brendlərini bir ad altında birləşdirəcək. Dəyişiklik 2019-cu ilin aprelin 2-dən qüvvəyə minəcək.


Facemark.az-ın məlumatına görə, bu barədə şirkətin saytında qeyd olunub.


Hazırda kompaniya qlobal bazarda Kantar Consulting, Kantar Health, Kantar IMRB, Kantar Media, Kantar Millward Brown, Kantar Public, Kantar TNS, Kantar Worldpanel, Lights olaraq təqdim olunur. Apreldə onlar və lokal törəmə brendlər ləğv ediləcək və bir ad altında fəaliyyət göstərəcək.



“Brendinq üzrə dəyişikliklər bizim şirkətin əməliyyatlar üzrə dəyişikliyiklərini əks etdirir. Artıq bu proses bizim kompaniyada başlayıb”, - deyə şirkətin icraçı direktoru Kantar Erik Salama deyib. Şirkətdən əmindirlər ki, aktivlərin birləşməsi müştəriləri ilə olan işi sadələşdirəcək və əməkdaşlıqla bağlı baryerləri aradan qaldıracaq.


“Kantar”a daxil olan bütün brendlərin konsolidasiyası WPP-in üçillik strategiyasının realizə olunmasında addımlarından biri olacaq. Belə ki, kommunikasiya holdinqinin baş direktoru hələ ötən ilin dekabr ayında üçillik strategiya haqqında danışmışdı. Biznesin restrukturizasiyası bütün dünya üzrə 3500 işçinin ixtisarına gətirib çıxaracaq. Buna görə, şirkətdə 2021-ci ilə qədər illik xərcəri £275 milyon azaltmağı düşünürlər.