“Şokolad hazırlayan Qız” qrupunun keçmiş top-meneceri Bari Barurini və partnyoru Moskvanın fast casual seqmentində 20 Curry Up restoranı açmaq istəyir.


Facemark.az xəbər verir ki, bu barədə “Kommersant”a bazardakı mənbələrdən biri deyib.


Birinci, 85 nəfərlik belə müəssisə 2019-cu ilin aprelində “Oxotniy Ryad” ticarət mərkəzində açılacaq. Menyuda, əsasən hind mətbəxinin yeməkləri olacaq, eyni zamanda müştərilər cənub-şərqi Asiyanın yeməklərini də dada biləcəklər. “Fast casual” formatında olacaq restoran müştərilərinə tez bir zamanda daha keyfiyyətli yeməklər təklif edəcək.


Müştərilərin ödədiyi orta məbləğ isə 800-1000 rubl (22-27 manat-red.) arasında olacaq. Məhsulun çox hissəsini Moskvadan alacaqlar, çatışmayan ədviyyatlar isə ölkəyə idxal ediləcək. Bari Barurinin sözlərinə görə, ilin sonuna qədər Moskvada 1-2 Curry Up restoran açacaqlar: “Bir neçə il ərzində isə belə müəssisələrin sayını adıçəkilən şəhərdə 20-yə çatdırmağı hədəfləyirik”. Baruri əlavə edib ki, bir belə müəssisənin açılması üçün 20 milyon rubl investisiya lazımdır. Bununla “Curry Up” restoranlarının inkişaf etdirilməsi üçün xərclərin miqdarı 400 milyon rubla çata bilər.


“Restcon”un baş direktoru Andrey Petrakovun sözlərinə görə, lokasiyanın seçilməsindən asılı olaraq bir restoranın açılışı orta hesabla 2-3 il tuta bilər. “Prostiye veşi” şəbəkəsinin rəhbəri İrina Xodzinskaya isə deyir ki, hind restoranları üçün strit-riteylerlər daha uyğun gələcək. Onun fikrincə, onsuz da bu cür konspet artıq potensial müştərilər arasında populyardır.