“Ford” Rusiyada “Kuga”, “Focus”, “Fiesta” və “Explorer” avtomobillərinin qiymətinin aşağı endiyini bildirib. Bu avtomobillərin alışı 585 000 rubla (16 000 manat) qənaət etməyə səbəb ola bilər.
Facemark.az-ın məlumatına görə, bu barədə RBK şirkətin mətbuat xidmətinə istinadən xəbər verir.
“Ford Focus” və “Kuga”nın qiyməti 175 min rubl (4550 manat), “Explorer”in 400 min rubl (10 400), “Fiesta”nın isə 75 000 rubl (2000 manat) düşüb. Həmçinin, avtomobillər üzrə “Birinci avtomobil”, “Ailə avtomobili” dövlət dəstəyi çərçivəsində proqram dəstəklənir.
Qeyd etmək yerinə düşər ki, şirkət martın sonunda rəsmi qaydada elan etdi ki, onlar Rusiyada sərnişin avtomobil modellərini idxal etməyi və quraşdırılmasını dayandıracaq. Bu halda marka Rusiya bazarını tamamilə tərk etməyəcək: O yüngül ticarət nəqliyyatının satışlarına və sərnişin modellərinin servis xidmətinə fokuslanacaq.