“Coca-Cola” üç yeni reklam çarxı təqdim edib. Kompaniya reklam çarxında pizza, burger və makaronun hazırlanmasının səslərini nümayiş etdirir.
Facemark.az-ın məlumatına görə, “Adindex” nəşri yazır ki, “Coca-Cola” yemək və qazlı içki haqqında ASMR reklam çarxlarının seriyasını öz “YouTube” kanalında yerləşdirib.
Hər videoda şirkət xarakterik səslər ilə yeməklərin hazırlanmasından danışıb və sonda ənənəvi pekşotu əlavə edib. “Coca-Cola ilə daha dadlıdır”. Çarxlar ASMR tətbiq (Automonous Sensory Meridian Response–ətrafda olan səslərə beynin refleksi) ilə hazırlanmışdır ki, videoya baxan insanda xoş hisslər assosiasiya olunsun.
Şirkət daha əvvəlki reklam çarxında yük maşınlarının yarışını təşkil etmişdi, reklam çarxında göstərilir ki, onların toqquşması nəticəsində yeni dad – “Orange Vanilla” meydana gəlib.