IKEA London, Qrinviçdə özünün eko-mağazasını inkişaf etdirmək üçün yeni reklam kampaniyasına başlayıb.


Facemark.az-ın məlumatına görə, AdAge nəşri yazır ki, reklam lövhələri alıcıları təbiətə qayğı göstərməyə və onların yeni eko-mağazalarına gəlmək üçün avtomobildən imtina etməyə çağırır.


“IKEA Greenwich” fevralın əvvəlində açılıb. Mağaza ətraf mühit və təbii resurslar nəzər alınaraq tikilib. Mağaza 100% bərpa olunan enerjidən, təbii günəş panelindən və yağış suyundan isifadə edəcək. Mağazanın bu xüsusiyyətləri nəzərə alınaraq, yeni kampaniya buraxılıb.


Çöl reklamı Londonun müxtəlif yerlərində yerləşdirilib. Hər lövhə unikal mesaj ötürür- belə ki, lövhələrdə müştərilərin “IKEA Greenwich”ə qədər olan addımlarının sayı (və ya ictimai nəqliyyat ilə marşrut) hesablanıb. Kompaniyanın məqsədi təkcə alıcıları bu yeni mağazaya cəlb etmək deyil. Şirkət həmçinin istəyir ki, onlar bura avtomobil ilə deyil, piyada gəlsinlər. Bu isə atmosferə zərərli tullantıların miqdarını azaldacaq. Layihə “Mother London” ilə birgə ərəsyə gətirilib.



Daha əvvəl şirkət bu mağaza üçün başqa bir kampaniya ərsəyə gətirmişdi. Belə ki, xüsusi gəmi Temza çayından tullantıları yığırdı. Daha sonra isə onlardan unikal heykəl yaradırdılar. Həmin heykəl isə daha sonra IKEA Greenwich mağazasında yerləşdirilirdi.