Böyük Britaniyanın baş naziri Tereza Mey “Huawei”in beşinci nəsil (5G) ilə bağlı mobil rabitənin yaradılmasında iştirakını bəyənib.


Facemark.az-ın məlumatına görə, bu haqda “The Daily Telegraph” nəşri yazıb.


Nəşrin məlumatına görə, Mey 5G-nin hazırlanmasında Çin şirkətinin iştirakını bəyənib. ABŞ Böyük Britaniyaya milli təhlükəsizliyinin təhdid qarşısında olması ilə bağlı xəbərdarlıq edib. Bu xəbərdarlıq isə məhz Çin istehsalçısı “Huawei”ə görədir. Bildirilir ki, şirkət qeyri-əsas infrastrukturun hazırlanmasında iştirak edəcək. Buna görə Böyük Britaniyanın Müdafiə Naziri Qevin Uilyamsonu Meyin “Huawei” ilə əməkdaşlıqla bağlı qərarı narahat edir.


Qeyd edək ki, daha əvvəl Mərkəzi Kəşfiyyat Təşkilatı Londonu “Huawei”in Çin Xalq Respublikasının müdafiə sistemi tərəfindən maliyyələşməsi ilə bağlı xəbərdarlıq etmişdi.