“Pirelli” kompaniyası təkcə texnologiya və yeni məhsullar sahəsində deyil, auditoriyası ilə münasibətdə də yenilikçi yanaşması ilə daim fərqlənir. “Pirelli”nin istehlakçılar ilə kommunikasiyasının əsas xüsusiyyətləri – keyfiyyətli kontent, innovasiya, eksperimentlərə olan sevgidir.
Facemark.az-ın məlumatına görə, İtaliya kompaniyası özü haqqında yeni, müasir formatda – rəqəmsal qrafiki roman şəklində danışıb.
Layihə İtaliya şirkətinin tarixini illüstrasiya edir. Belə ki, 147 illik tarixə malik olan kompaniyanın uğurlu fəaliyyəti, texnologiya və innovasiya ilə yeni məhsulların yaradılması, eləcə də korporativ mədəniyyət və kommunikasiyadan bəhs edilir.
5 epizoddan ibarət olan mini serial - "Pirelli an Italian in the world” adı altında cəmləşib. Bu şirkətin 4.0 profilini özündə əks etdirir. Belə ki, şirkət www.pirelli.com-da xüsusi bir platforma təqdim etdi. Platformanın yaradılması zamanı müəlliflər illüstrasiyadan, arxiv şəkillərindən və interaktiv dizayndan istifadə etdilər. Layihənin yaradıcıları markanın vacib inkişaf mərhələlərindən bəhs edir. Layihənin ərsəyə gəlməsi zamanı “Pirelli” Fondunun arxiv sənədlərindən və professor Karlo Bellavite Pellerqinin “Pirelli” kitabından faydalanılıb.
Kitabın adı innovasiya və ehtiras adlanır. ( İtalyan dilində Pirelli. Innovazione e passione)
20 dəqiqədən ibarət olan mini-serialda 5 epizoddan ibarətdir ki, bunlar da özündə “Pirelli”nin tarixini əks etdirir. Məsələn, necə 1872-ci ildə, Milan şəhərində "G. B. Pirelli & C." şirkəti yarandı və necə bu günə gəlib çatdı və s.


