Almaniyanın avtomobil istehsalçısı BMW Minpromtorq (RF-in Sənaye və Ticarət Nazirliyi) ilə əməkdaşlıq haqqında müqavilə imzalamağa hazırlaşır.
Facemark.az-ın məlumatına görə, bu haqda “İzvestiya” nəşri yazıb.
Konsernin xüsusi investisiya müqaviləsinə görə, Kalininqrad zavod – Avtotordan xüsusi bölmə ilə ayrılacaq. Belə ki, bu zavodda artıq 20 ildən çoxdur ki, alman markasının avtomobilləri yığılır.
BMW-nin Rusiyadakı rəsmi nümayəndəsi Vasili Melnikov deyib ki,“Bəli, biz danışıqlar mərhələsində müxtəlif variantlara baxırıq. Amma yekun nəticəyə hələ ki, nail olunmayıb”.
Kalininqrad administrasiyasından isə deyiblər ki, güman edilir ki, zavod “Xrabrovo” sənaye parkında tikilsin: “Bu ərazi “Avtotor”dan xeyli uzaq məsafədə yerləşir.
Markanın adıçəkilən ölkədəki nümayəndəsi isə deyib ki, BMW-nin Rusiyada zavod açması haqqında məlumat yeni xəbər deyil. Belə ki, investisiya müqaviləsinin bağlanması haqqında məlumat hələ 2017-ci ilin sonunda bildirilmişdi. Markanın Avtotordan getməsi isə avtomobillərin daha yaxşı yığılması ilə bağlı BMW-nin qərarı ola bilər.
Müstəqil ekspert, avtomobil bazarı üzrə konsultant Sergey Burqazliyev isə deyir ki, şəxsi zavodun tikilməsi konsernə markanın tələblərinə uyğun olaraq istehsal prosesinin qurulmasına, istehsal planına nəzarət etməyə və avtomobillərin buraxılış dinamikasını izləməyə kömək olacaq. Onun qiymətləndirməsinə görə, yeni zavodun gücü 35 000 avtomobilin istehsalı təşkil edə bilər.
“Avtomobil markasının 2018-ci ilin sonunda“Avtotor”da buraxılan avtomobillərinin sayı 20 000 təşkil edib”, - deyə şirkətin keçmiş vitse-prezidenti Vladimir Krivçenko deyib.
Qeyd etmək yerinə düşər ki, avtomobil markası hələ 1998-ci ildən “Avtotor” zavodunda öz avtomobillərinin yığılmasını həyata keçirir. 2013-cü ildən isə zavodun ərazisində markanın qaynaq və rənglənməsini həyata keçirən müəssisə fəaliyyətə başlayıb.
Güman edilirdi ki, zavodun gücü ildə 50 000 təşkil edə bilər. Bildirək ki, “Avtotor”da BMW-dən başqa, “Hyundai” və “Kia” markaları da yığılır.