Kim Kardaşyam “Instagram”dakı hər reklam postu üçün 300 mindən milyon dollara qədər qazanır.
Facemark.az xəbər verir ki, bu barədə TMZ ulduzun vəkilləri tərəfindən məhkəməyə verilən sənədlərə istinadən yazır.
Kardaşyanın başı “Missguided USA” brendi ilə dərddədir. Ona görə ki, brend qanunsuz şəkildə onun təsvirindən reklamda istifadə edib. Kompaniya ulduzun iddialarına cavab verməyib, ona görə də o ədaləti məhkəmədə axtarmağa başlayıb.
Kardaşyan 5 milyon dollar dəyərində kompensasiyanı tələb edir. Bu onunla izah olunur ki, onun hesabı üzərindən olan hər reklam nəşri olduqca bahalıdır. Elə buna görə də, sənədlərdə qeyd olunur ki, Kardaşyan belə təklifləri tez-tez rədd edir. Bir halda ki, o konkret marka ilə assosiasiya olunmaq istəmir.
Ötən il Kim Kardaşyan “Instagram”da TOP 5 ən bahalı influence siyahısına düşmüşdü. “Hopper HQ” şirkəti onun hesabı üzərində reklam yerləşdirmənin dəyərini 720 000 dollar qiymətləndirmişdi.
“Instagram Rich List”in birinci yerində isə onun bacısı, model Kayli Cenner qərarlaşmışdı.
