“The Sunday Times”ın versiyasına görə, üç nəfər Rusiyalı Böyük Britaniyanın ən zəngin insanlarının siyahısına daxil olub.


Facemark.az-ın məlumatına görə, onların arasında “USM Holdings”in yaradıcısı Alişer Usmanov, “MillHouseun əsas sahibi Roman Abramoviç var. Onlar daha əvvəl bu siyahıda olublar.


Bu il reytinqə, həmçinin “Alfa-qrupp” şirkətinin rəhbəri, “Alfa-Bank”ın ən böyük səhmdarı Mixail Fridman da düşüb. Onun gəlirlərinin həcmi £10,9 milyard, 14,1 milyard dollar qiymətləndirilir. O reytinqdə 10-cu sıranı tutub.


Rusiyalılar arasında ən yüksək yeri biznesmen Alişer Usmanov tutub. O, Böyük Britaniyanın zənginləri reytinqində 8-ci olub. Onun gəlirlərinin həcmi £11,339 milyard qiymətləndirilib. ($14,73 milyard). Alişer Usmanov USM Holdingsin əsas səhmdarıdır. O, “Metalloinvest”, “Meqafon” və “Mail.Ru Group”dakı payına da nəzarət edir.


Onun reytinqdəki pozisiyası dəyişməyib. 2018-ci ildə də o reytinqin 8-ci pilləsində qərarlaşmışdı. Həmin vaxt onun gəlirlərinin həcmi £10,556 milyard ($14,29 milyard) olub. Nəşr yazır ki, ötən yay Usmanov “Arsenal” futbol klubundakı 30%-lik səhmini Amerikalı biznesmen Sten Kronkeyə £550 milyon ($714,78 milyon) qarşılığında satıb. Bu saziş isə ona təxminən £300 milyon ($389,88 milyon) qazandırıb.


Başqa, Rusiyalı Roman Abramoviç isə siyahıda 9-cu yerdə qərarlaşıb. Nəşr onun sərvətinin həcmini £11,221 milyard ($14,58 milyard) qiymətləndirib. Abramoviç digər aktivləri ilə yanaşı “Lanebrook” Kipr şirkətinin 62,74%-nə sahibdir. Şirkət metallurgiya və dağ-mədən holdinqi Evraz-a nəzəraət edir. Eyni zamanda, ötən il biznesmen reytinqdə ciddə şəkildə yüksəlib. Belə ki, o daha əvvəl Britaniya nəşrinin tərtib etdiyi reytinqdə £9,333 milyard ($12,64 milyard) ilə 13-cü yerdə qərarlaşmışdı. Nəşr Abramoviçin aktivləri arasında dünyanın ən böyük ikinci yaxtasını, layner Boeing 767-ni və geniş bir sənət əsərləri kolleksiyasını göstərir.


Mixil Fridman qeyd etdiyimiz kimi reytinqdə 10-cu olub. Nəşr yazır ki, o “Alfa-Qrupp” şirkətinə rəhbərlik edir və “LetterOne” investisiya şirkətinin də sahibidir. Nəşr yazır ki, o bu yaxınlarda Avropanın ən böyük neft-qaz şirkətindən də pay alıb.


Bu il ilk dəfə reytinqdə birinci yeri Şri və Qopi Hinduya (Srichand P Hinduja, Gopichand P Hinduja-ing.) hind sahibkarları tutub. £22 milyard ($28,5 milyard). Onlar gəlirlərinin həcmini ötən il ilə müqayisədə £1,356 milyard ($1,76 milyard) artırıblar. Reytinqin 2-ci pilləsində isə “Trans World Group”un rəhbərli Devid və Saymon Ruben qardaşları düşüblər. £18,7 milyard ($24,32 milyard) gəlir ilə. Ötən il reytinqə başçılıq edən Cim Retkliff isə 3-cü sırada qərarlaşıb. £18,15 milyard ($23,58 milyard).