2018-ci ildə hər bir Rusiyalı 25,2 kq şirniyyat yeyib.
Facemark.az-ın məlumatına görə, bu haqda Rusiyanın şirniyyat istehsalı müəssisələrinin assosiasiyasının (bura, ölkədəki ən böyük şirniyyat istehsalçı şirkətləri daxildir) tədqiqatına, əsasən RBK yazıb. İstehlakın əvəlki rekordu isə 2017-ci ildə qeydə alınıb. Həmin vaxt bir Rusiyalı ildə orta hesabla 24,5 kq şirniyyat məmulatları yeyib.
“Rusiyada şirniyyat məhsullarının istehlakı 2010-cu ildən stabil olaraq ildə 1-3% artır. 2015-ci il istisna olmaqla”, - deyə assosiasiyanın icraçı direktoru Vyaçeslav Laşmankin deyib.
Rusiya şirniyyat məhsullarının istehlakı üzrə inkişaf etmiş ölkələrdən geri qalır. Məsələn, Almaniya sakinləri ildə orta hesabla 34 kq, Böyük Britaniyada isə 27 kq-dan çox şirniyyat istehlak edirlər.
“Şirniyyat satışların artmasına ən böyük töhfəni verib”, - deyə “Nielsen” Rusiyanın müştərilər ilə iş üzrə direktoru Olqa Daşkeviç deyib. Xüsusilə şokolad bütün qida məhsulları arasındakı promoaksiyalar üzərində satış payı üzrə liderdir. Məsələn, 2018-ci ildə plitka şokolad satışları 13%, pul baxımından isə 8% artıb. İkinci ən böyük satışlar isə şokolad konfetlərinin assortimentində olub. Təbii ifadədə bu göstərici 4% azalıb. Çəki ilə satılan şokolad konfetlərinin satışı isə 7% artıb.
Rekord təkcə şirniyyat məhsullarının istehlakında deyil, eyni zamanda onun istehsalı həcmində də müşahidə olunub. Belə ki, artıq 3-cü il ard-arda bu seqment inkişaf edir.
“Askonda”nın məlumatına görə, 2018-ci ildə Rusiyada şirniyyat müəssisələri 3,9 milyon ton şirniyyat məhsulları istehsal edib. Bu isə 2017-ci illə müqayisədə 3,7% çox rəqəm deməkdir.