“Coca-Cola” musiqi və parlaq tarixin köməyi ilə gənc auditoriyaya ilham verməyə qərara gəlib. “Coca-Cola Stories” yay kampaniyası çərçivəsində limitli kolleksiyada dəbdə olan gənclərin sözləri ilə bankalar buraxılacaq. Və mobil tətbiqlər tarixində ilk dəfə olaraq yeniyetmələr üçün xüsusi tətbiq ərsəyə gətiriləcək.


Facemark.az-ın məlumatına görə, layihəni musiqi səfirindən olan komanda – Elcey, Lena Temnikova, Tima Belorusskiy dəstəkləyəcək.


“Coca-Cola”dan qeyd edirlər ki, artistlər ilə əməkdaşlıq üzrə çoxlu kreativ ideya var. Onlardan birincisi “Coca-Coca Stories” kampaniyasıdır. Kampaniya çərçivəsində yuxarıda da qeyd etdiyimiz kimi məhdud sayda dəbdə olan yeniyetmələrin sözləri ilə bəzədilən Cola bankaları buraxılacaq.



Onlar yeniyetmələri sosial şəbəkələr üzərindən orjinal məzmunun yaradılmasına çağırış ediblər. Banka qapaqlarında olan kodları yığmaqla onları tətbiqdə aktiv edə və bonus qazana bilərlər. Daha sonra yığılan bonusları hədiyyələr ilə dəyişə biləcəklər. Həmçinin artistlərdən də hədiyyələr gözlənilir. “Coca-Cola” kampaniya çərçivəsində milyonlarla hədiyyə paylamağı planlaşdırır.


“Bizim kampaniyanın keçirilməsində məqsəd, yeni kolleksiyanın köməyi ilə dəbdə olan gənclərə ilham verməkdir. Biz çox mükəmmək musiqili komandanı yığdıq. Onlarla bizi maraqlı layihələr gözləyir”, - deyə “Coca-Cola” Rusiyanın marketinq direktoru En Bun deyib.