Mayın 22-də İtaliya moda evi “Prada” öz kolleksiyasında xəz dəridən imtina edib.


Facemark.az-ın məlumatına görə, bu haqda brendin rəsmi səhifəsində bildirilir.


Heyvan dəriləri 2020-ci il, qadın kolleksiyasında istifadə olunmayacaq. Ancaq köhnə kolleksiyada, xəz dəridən olan geyimlər bitənə qədər satılacaq.


Miucca Prada, dəbdə olan geyimlərin dizayneri


“Prada qrupu innovasiyaları və sosial məsuliyyətini anlayır. Bizim yeni siyasətimizə, əsasən xəz dəridən imtinaya qərar verilib. Bu qərar brendin “Fur Free Allance”, xüsusilə LAV və Humane Society of the United States ilə pozitiv dioloqun və qarşılıqlı təsirinin davamıdır. İnnovasiya materiallarına şirkətin fokuslanmağı ona etik məhsullara tələbat zamanı, yaradıcılığın yeni sərhədlərini müəyyən etməyə imkan verəcək”, - deyə Miucca deyib.