“Nike”ın Londonda yerləşən flaqman mağazasının ticarət zalında bir neçə yenilik baş verib.
Facemark.az xəbər verir ki, yenilik təkcə idman malları xəttinə təsir etməyib.
Belə ki, ticarət sahəsinin rəsmiləşdirilməsi prosesində ilk dəfə manekenlərin ənənəvi ölçüləri ilə bərabər səviyyədə plus-sayz manekenləri də görünməyə başlayıb.
Nike “İdmanda müxtəlifliyi və inklüzivliyi qeyd etmək üçün, brend ticarət zalında plus-sayz manekenləri və para-sport manekenləri nümayiş etdirəcək”, - deyib.
Həmçinin mağazaların qadınlara məxsus hissəsində alıcılara staylinq üzrə peşəkar xidmətlər və mütəxəssis treynerlərdən konsultasiyalar təklif olunacaq.
“Nike Europe”in vitse-prezidenti Sara Hanna: “Nike-ın öz pərakəndə ticarət sahələrini müasirləşdirmək istəyini, markanın arzusunu nümayiş etdirmək üçün əlavə bir yoldur. Eyni zamanda brend qadın idmançların da tələbatlarına cavab verməyə çalışır. Bura sadəcə şopinq üçün yer deyil, bu yer həmçinin idmanın əhəmiyyətindən danışılan yerdir”, - deyə vitse-prezident bildirib.

