“Publicis Groupe” yenidən “Cannes Lions” festivalına qayıdır. Media qrup “Marcel” texnologiya platformasının hazırlanması ilə bağlı olaraq 2018-ci ildə əməkdaşlıqda fasiləni elan etmişdi.


Facemark.az “MediaPost”a istinadən xəbər verir ki, festival çərçivəsində 12 rəsmi ssesiya olacaq, 35 reklam nəhənglərinin nümayəndələri iştirak edəcək.


Ötən il “Publicis Group” festival və müxtəlif tədbirlərdə iştirakdan imtina etmişdi. Bu onunla bağlı idi ki, şirkət büdcəsini şəxsi sünki intellekt platformasının-“Marcel”in hazırlanmasına yönləndirmək istəyirdi. Planlaşdırılır ki, o 130 ölkədən 200 istiqamətdə 80 000 işçini birləşdirəcək.


Həmçinin WPP-in rəhbəri Martin Sorrellin də tədbirdə iştirak edəcəyi sual altında idi. Belə ki, o çıxışlarının birində demişdi ki, tədbir çox bulanıqlaşıb və öz əvvəlki missiyasını itirib. Bundan sonra, “Cannes Lions” festivalını hazırlayan “Ascential” şirkəti restrukturizasiyaya getdi, bundan sonra gəlirlərdə 9% azalama müşahidə olundu.


“Cannes Lions” 2018-ci il təşkilatçılara 75,11 milyon dollar qazandırıb. Bu isə 2017-ci ildəki göstərici ilə müqayisədə 9% az rəqəm deməkdir. Festivaldan sonra isə onlar idarəçi direktoru Xose Papanı istefaya göndərdilər.


“Publicis Groupe”un nümayəndəsi “MediaPost” nəşrinə deyib ki, qırıqlıq bizi əməkdaşlığı yenidən mənalandırmağa ilham verdi. Bu isə bizə festivala yeni yanaşmanın yaranmasına gətirib çıxardı”.


Bu il isə “Cannes Lions” 17-21 iyunda keçiriləcək. Festivalın şort-listinə Rusiyanın “Sberbank”ın reklam çarxı da düşüb. Reklam çarxı Rusiyanın yerli xalqlarının yox olan dillərinin qorunub saxlanılması haqqındadır.