Rusiyada “Nokia”nın strateji sifarişçilər ilə iş üzrə direktoru İqor Parfenov adıçəkilən ölkədə markanın baş direktor vəzifəsinə gətirilib.
Facemark.az xəbər verir ki, bu haqda şirkətin mətbuat xidmətinin açıqlamasında deyilir.
Daha əvvəl baş direktor vəzifəsini Rəşid İsmayılov icra edib. O öz vəzifəsini yeni işə keçid ilə əlaqədar dəyişir.
Şirkətin xəbərində deyilir ki, “Nokia İqor Parfenovu Rusiya üzrə brendin baş direktoru vəzifəsinə gətirib”.
O, bu vəzifədə “Nokia”nın Rusiyadakı fəaliyyətinə nəzarət edəcək və şirkətin korporativ strategiyasının hazırlanmasından məsul olacaq və Rusiya bazarında “Nokia”nın mövqeyinin gücləndirilməsi əsas hədəf olacaq.
“Nokia”nın Rusiyadakı yeni baş direktoru, həmçinin biznesin yeni istiqamətlərinin inkişafı, inkişaf edən telekom operatorları və korporativ sifarişçilər və dövlət seqmenti müəssisələr ilə əlaqənin gücləndirilməsindən də məsul olacaq.