“Migros Group”un baş icraçı direktoru Özgür Tort dünyanın qabaqcıl pərakəndə və tezbazar istehlak məhsullarının istehsalçılarını bir araya gətirən “Consumer Goods Forum”un (İstehlakçı Məhsulları Forumu- CGF) pərakəndə sektorunda dünya rəhbəri olub.


Facemark.az xəbər verir ki, Özgür Tort yeni vəzifəsini iyun ayından başlayaraq yaxın 2 il ərzində icra edəcək.


Qeyd edək ki, CGF-nın İdarə Heyəti dünyanın qabaqcıl 27 pərakəndəçi və 26 istehsalçı firmanın rəhbərlərindən ibarətdir.


Xatırlatmaq yerinə düşər ki,qlobal olaraq ümumilikdə CSF 3,5 trilyon avroluq dövriyyəyə sahib olan firmaları təmsil edir. Özgür Tort CGF-nın İdarə Heyətində 2013-cü ildən bu yana yer alır. Son 2 ildə isə CGF-nın pərakəndə rəhbər köməkçisi olaraq vəzifəsini icra edirdi. Tort, hazırda CFG-nın İdarə Heyətindəki yeganə türk idarəçi olaraq vəzifədədir.


Birliyin istehsalçı sektorundakı həmsədr vəzifəsinə isə “Danone”nin baş icraçı direktoru (CEO) Emmanuel Faber gətirilib.