“Çernobıl” serialının ssenarı müəllifi və icraçı prodüseri Kreyq Meyzin serialın üzərində işləyərkən nəyə nail olmaq istədiklərindən danışıb.
Facemark.az xəbər verir ki, bu haqda TASS agentliyi yazır.
Bildirilir ki, bu haqda o Vaşinqtonda Vudro Vilson adına elmi-tədqiqat mərkəzində çıxışı zamanı deyib.
“Mən istəyirdim ki, Qərb auditoriyası Sovet vətəndaşının qəhrəmanlığını görsün. Biz heç vaxt bunu görməmişik”, - deyə Meyzin deyib.
O, əlavə edib ki, çəkiliş qrupu, təkcə Sovet rəhbərliyinin hərəkətlərini deyil, Sovet vətəndaşının həyat və baxışlarını nümayiş etdirməyə çalışırdı.
Daha əvvəl yazıçı Corc Martin, “Buz və atəş nəğməsi” (A Song of Ice and Fire-ing.) romanının müəllifi Britaniyanın “Çernobıl” serialını şərh etmişdi.
Xatırladaq ki, Corc Martinin “Buz və atəş nəğməsi” romanı əsasında “Taxt Oyunları” serialı ərsəyə gətirilib.