Amerikalı kömür maqnatı və daha altı nəfər Baham adalarında vertolyot qəzası nəticəsində vəfat edib.


Facemark.az xəbər verir ki, bu haqda BNO News nəşri yazır. Hadisə iyulun 4-də səhər saatlarında baş verib.


Vertolyot qalxışdan qısa bir müddət sonra, adanın şimalında, Atlantik okeanına düşüb. Göyərtədə olan hər kəs vəfat edib. Kris Klaynın cəsədini dostları təyin edib. Qalan qurbanların adlarını müəyyən etmək isə həmin an mümkün olmayıb.



Klayn özünün 62-ci yaşında vəfat edib. “Forbes” jurnalının məlumatına görə, onun sərvətinin həcmi son məlumatlara görə, 2,8 milyard dollar təşkil edib.


Xatırladaq ki, aprelin 4-də az qala məşhur Amerikalı milyarder Riçard Brenson vəfat edəcəkdi. Hadisə Mayamidə şirkətin mərkəzinin açılışında baş tutmuşdu. Güclü külək nəticəsində bannerlər ona dəydi, amma xoşbəxtlikdən hər şey yaxşı qurtardı. Milyarder, həmçinin deyib ki, 77-ci dəfədir ki, həyatı tükdən asılı olub.