“Unilever” Rusiya bazarında Love Beauty & Planet makiyaj-kosmetika məhsullarının istehsalına başlayır. Məhsul Rusiyada beynəlxalq marka “Love Beauty & Planet” adı altıda ərsəyə gətiriləcək.
Facemark.az xəbər verir ki, bu haqda şirkətin məlumatında deyilib. Yeni brend altında saçlara, üzə və bədənə qulluq vasitələri satılacaq.
“Love Beauty & Planet” brendi altında məhsul bu həftə Rusiyanın mağazalarına çatdırılıb. Distribusiyada isə əsas parfumeriya mağazalarına fokuslanıb”, - deyə “Adindex” nəşrinə “Unilever”dən deyiblər.
Məhsul xəttinin 19 məhsulundan 16-ı “Unilever”in Yekaterinburq zavodunda (Kalina konserni) istehsal olunacaq. İstehsal olunan məhsulların, həm daxili, həm də xarici bazarlarda satılması planlaşdırılıb.
“Love Beauty & Planet”in məhsulları beynəlxalq bazarlarda hələ 2017-ci ildən satılmağa başlayıb. Bu şirkətin yeganə brendi idi ki, konsepsiyasında davamlı inkişaf prinsipləri dayanırdı.
Xatırladaq ki, “Unilever” qida məhsulları, kosmetika, məişət kimya məhsulları istehsal edir. Şirkət Rusiya bazarında belə markaları inkişaf etdirir. Məsələn, “Çistaya Liniya”, “Barxatniye ruçki”, “Dove”, “Rexona”, “Axe”, “Baltimor”, “Knorr”, “Lipton” və s.



