Hyundai ilin sonuna qədər Rusiya personal kompüter bazarına daxil olmağa hazırlaşır.
Hyundai əsas istehsalçılarla əsas rəqib olmağa hazırlaşır və 2-5% pay böyük uğur olacaq, ekspertlər belə hesab edir.
Belə ki, Hyundai Rusiya PC və notebook bazarına daxil olur. Yeni il şənliklərinin başlanmasına vaxtında çatmaq üçün ilk təslimat oktyabr – noyabr aylarında olacaq.
Burada söhbət monobloqlardan gedir. Məlumata görə, bu qurğunun iki modeli satışa çıxarılacaq. 21.5 düym diaqonallı HA-22LY monobloqu ofis istifadəsi üçün nəzərdə tutulub, digər 23.6 düym diaqonallı HA – 24DG isə 3D texnologiyasını dəstəkləyir və oyunlar üçün ixtisaslaşmışdır. Hər iki model xarici görünüşcə Apple modellərinə bənzəyir. Modellərdən biri HN-14SH adlandırılacaq (14 dyüm diaqonal) və HN-16BN (15.6 dyüm).
Hyundai-nin monobloq və ultrabloqları Rusiya istehsalı olacaq. Məsələn, “elektron idarəetmə” və yaxud maarifləndirici proqramlarla əlaqədar olaraq bir çox tender şərtlərinə əsasən bir çox hallarda arzu olunan məhsullar təqdim olunur. Hal-hazırda Hyundai Rusiyada adı açıqlanmayan üç ən böyük kollertordan biri ilə danışıqlar aparır.
Artıq Hyundai Rusiyada ən böyük kompüter texnologiyası distribüterlərindən biri ilə müqavilə imzalayıb-“Texnotreyd” kampaniyası ilə. Hyundai-nin “Texnotreyd” kampaniyasından başqa daha bir distribüter ilə də danışıqlar aparacağı gözlənilir.
İDC-nin qiymətləndirməsinə əsasən, 2011-ci ildə Rusiyaya12.9 milyon desktop və portatif personal kompüter idxal olunmuşdur. Desktopların seqmenti 2.2%, yəni 4.46 ədədə qədər qalxmışdır, ilk beş liderin siyahısı: HP, DNS, Acer, K-Systems və Lenovo. Noutbukların seqmenti il ərzində 20.4%, yəni 8.44 milyon ədədə qədər artmışdır. Liderlər: Asus, Acer, Samsunq, HP və Lenovo.
Artıq Hyundai Electronics bölməsi ev üçün audio və video texnika, işıq mənbəyi və avtomobil üçün elektronika istehsal edir. Avropa biznesi assosiasiyasının məlumatına əsasən, Hyundai Rusiyada yeni avtomobillərin satışı üzrə beşınci yerdədir (2012-ci ilin birinci yarısında 89 243 ədəd), ancaq il ərzində satış 1% azalıb.
“Bir neçə modellə bazara daxil olub, onu fəth etmək olmaz. Bunun üçün Apple kampaniyası olmaq lazımdır ”- deyə, Rusiya, MDB və Şərqi Avropada Lenovo şirkətinin vitse-prezidenti Qreb Mişin qeyd edir. Noutbuk bazarında Hyundai-nin tanınan oyunçu olması çətin olacaq: ilk iki başlanğıc modellər heç də xüsusiliyi ilə seçilmir, rəqabət isə çox güclüdür, ona görə də, çətin ki, yaxın bir-iki il ərzində onlarda 1-2% artıq satış alınsın – Hİ-Tech@Mail.Ru saytının baş analitiki Dmitriy Ryabinin bildirir.
Onun fikrincə, Hyundai monobloqları tələbatla istifadə oluna bilər: rəqabət o qədər də güclü deyil, dizaynın Apple üslubunda olması və müvafiq qiymət modellərə olan marağı artıracaq. Rusiyada monobloqların bazarı il ərzində 100% artır, keçən il 280 000 ədəd satılmışdı. “Bizim fikrimizcə, yaxın iki il ərzində Rusiya bazarında monobloqlar 4-5% yer tutacaq.”- cənab Ryabinin qeyd edir.