Bioqrafiya
Larri Kinq – Amerikanın ən populyar aparıcısıdır. Ona məşhur dövlət xadimlərindən, biznesmen, aktyor, idmançılarından müsahibə almaq nəsib olub. O, doğrudan da əfsanəvi jurnalist və şoumendir. Onun özünün şəxsi tərzi olub, podtyajkaları və dördbucaqlı eynəkləri ilə.
Uşaqlığı və cavanlığı
Aparıcının əsl adı Lourens Xarvi Zeyqerdir. Larri Kinq isə sadəcə onun təxəllüsüdür. O, 1933-cü il noyabrın 19-da Nyu-York şəhərində doğulub. Onun valideynləri Cenni Qitliç və Eddi Zeyqer Belarus və Avstriyadan olan yəhudi-mühacirlərdir.
Larinin özündən böyük, 1932-ci ildə doğulan qardaşı olub, amma o 6 yaşında kəskin appendisitdən vəfat edir. Tezliklə Larinin kiçik qardaşı dünyaya gəlir. Larri özünün yəhudi mənşəyi ilə fəxr edir, o hərdən özünü super yəhudi adlandırır.
Onun sözlərinə görə, əsl yəhudi, yəhudi yeməklərini, yumor, mədəniyyətini sevir. Yəhudilərin ailə və təhsili belə qiymətləndirməsi onun xoşuna gəlir. Belə ki, hər iki dəyər ona çox yaxındır.
Gənc orta məktəbi çətinliklə başa vurur və kollecə gedə bilmir. Buna səbəb isə atasının hələ 44 yaşında ürək tutmasından dünyadan köçməsi idi. Ailə başçısının vəfatından sonra, onlar çətin maliyyə vəziyyətinə düşürlər. Buna görə də, Larri işləmək məcburiyyətində qalır. Onun uşaqlıqdakı ən böyük arzusu radiostansiyada çalışmaq və populyarlıq əldə etmək olur.
Jurnalistika
18 yaşı keçən Larri Mayamiyə gəlir. Burada gənc “Wahr” radiosunda işə düzəlir, amma o burada təmizlikçi işləyir. Bəzən də yuxarıda çalışan əməkdaşlardan gələn kiçik tapşırıqları yerinə yetirir. Lakin xoşbəxt bir təsadüf ilə onun xəyalları həqiqqət olur. Belə ki, bir dəfə işə diktor gəlmir, Larriyə onu müvəqqəti əvəz etmək istənilir. 1957-ci il mayın 1-də insanlar birinci dəfə yad birinin səsini eşitdilər, hamı bu səsin tezliklə Amerikada ən tanınan səs olacağını bilmirdi.
Radio aparıcısı, qonaqları həmişə uğurlu insanlar olub. Ondan bir dəfə soruşurlar ki, qonaqların doğrudanmı yaxşı insanlardır? O isə cavabında deyib ki, işin maraqlı tərəfi odur ki, nə qədər yüksəyə qalxıblarsa, o qədər yaxşı insan olublar.
Yazının davamına və mövzu ilə bağlı video çarxımıza yaxın zamanda baxa biləcəksiniz...
Yazının davamını buradan oxuya bilərsiniz.
