“Rusiya və Türkiyə B2B formatında sahibkarlar üçün onlayn platformanı birgə inkişaf etdirməyi planlaşdırır”.


Facemark.az xəbər verir ki, bu haqda TASS agentliyi yazıb.


Bu haqda danışan isə Rusiya-Türkiyə İşgüzar Əlaqələr Şurasının sədri Ahmət Palankoyev olub.


Platformanın əsas məqsədi Türkiyə ərazisində Rusiya şirkətlərinin maraqlaının inkişafını təmin etməkdən ibarətdir.


Rusiya-Türkiyə İşgüzar Əlaqələr Şurasının sədri Ahmət Palankoyev:


Biz indi Rusiya və Türkiyə şirkətlərinin arasında ticarət əlaqələrinin yaxşılaşması üçün elektron meydançanı yaradırıq. Biz razılığa gəldik ki, birgə B2B formatında olan onlayn-platformanı inkişaf etdirək. Bu gün isə belə bir sazişin imzalanmasına hazırlaşırıq.


Palankoyev deyib ki, hər iki ölkə üzrə ildə dövriyyənin həcmi 26 milyard dollardır. Amma rəsmi əlavə edib ki, bu real potensialı reallaşdırmağa kömək etmir.