Web dizaynerlər öz işlərindən necə zövq alırlar bunu bir özləri bilir, bir də Allah :)


Amma bəzən onlar üçün bu iş, sadəcə, zülm olur. Səbəbi isə… Bir çox şirkətlər dizaynerlə müştəri arasında divar hörürlər ki, onları bir-birilə görüşdürməsinlər. Bunun da səbəbi bir çoxumuza aydındır ki, dizaynerin müştəri ilə gizli iş görə bilməsi və loru dildə desəm müştərini dizaynerin “oğurlamasından” ehtiyyat etmələridir. Bəs bunun fəsadları nə qədərdir, bilirsiniz mi? Sizcə üzərində çalışmaq istədiyiniz layihə müştəri ilə birbaşa əlaqə olmadan effektiv ola bilər mi?!


Evdə və yaxud ofisdə hansısa şirkət üçün işləyən web-dizaynerlərin əksəriyyətinə müştəri ilə birbaşa ünsiyyət qurmağa şərait yaratmırlar. Müştərinin arzu və təkliflərini 3-cü bir şəxs, menecerlər vasitəsilə dizaynerə çatdırılır.


Bu məqalədə mən bu prosessin nə qədər mənfi cəhəti olduğunu qeyd edəcəyəm. Bir layihəyə nə qədər zərər gətirə biləcəyindən söz açacağam.


Menecerlər nə üçün lazımdır?


İlk öncə vurğulamaq istəyirəm ki, menecerlərin bir layihə üzərində rolu böyükdür. Onların Veb dizayn prosessində payları olması, əslində, yaxşı göstəricidir. Və mən , qətiyyən, məsləhət görmərəm ki, onları, ümumiyyətcə, layihənin gedişatından çıxardaq.


Yaxşı müştərilər yaxşı menecerlərdən gələcəkdir. Bir şirkətin vəzifəsi, sadəcə, müştəriyə istədiyi veb-dizaynı etməkdən ibarət olmamalıdır. Müştəri üçün xidmət edilməlidir, və bu xidmətə, -xoş ünsiyyət, iclaslar keçirmək, və lazımı büdcəni müştərinin istəyinə uyğunlaşdırmaq daxildir. Bəzi menecerlər xoş ünsiyyətə görə işin sonun da, hətta, müştəridən hədiyyə də qazanırlar. Bu müştəri ilə münasibətin nə qədər səmimi və xoş əlaqələr qurulmasından xəbər verir.


Əslində, menecerlər müştəri əlaqələrini üzərlərinə götürməklə bizim üçün daha rahat şərait yaradırlar. Menecerlər, eyni zamanda, bu fəaliyyətlərilə bizi müştərinin bir çox sorğu-sual və kommentariyalarından xilas edirlər. Bir çox layihələr isə sırf bu sorğu-sualların olmaması səbəbindən ləğv olunmuşdur. Düşünürəm ki, menecerlərin bu tərəfdən dəstəyi olmasa, əksər dizaynerlər kontrolu tezliklə itirə bilərlər.


Gəlin bu məsələyə özümüzü müştərilərdən “qoruyaraq” bir də belə prizmadan nəzər yetirək: menecerlər bu işin texniki tərəflərinə bələd deyillər, onlar bir növ “tərcüməçi” , dizaynerlərin “texniki dillərinin tərcümanı” olurlar. Bir sözlə, peşəkar menecerlər bu yolla müştərini tam təmin edirlər və bu dizaynerin məsuliyyətinin çox hissəsini azaldır və işini rahatladır.


Əgər menecerlər bu qədər dəyərli iş görürlərsə, onda problem nədədir?! Bu sualı verdiyinizi artıq eşidirəm :)


Bəs problem nədədir?


Menecerlərin bu qədər zəhmətini nəzərə alsaq belə, yenə də işlər bəzən kontroldan çıxa bilir. Menecerin rolu burda müştəri ilə yeganə ünsiyyətdə olan adam olması ilə böyüyür. Ancaq çox hallarda o məsələlərdən uzaqda qalır, işin gedişatı zəifləyir. Və bu da müştəri ilə dizaynerin birbaşa ünsiyyət qurmasına ehtiyac yaradir. Belə halda dizayner müştərinin, əslində, nə istədiyini daha dolğun və düzgün anlayır, bu isə müştərinin razı qalmasında böyük effekt verir.


Müştəriyə iş barədə düzgün məlumat vermədən əməldaşlıq çətin alınacaqdır, əmin olun! Çox təbii olaraq, bir çox müştərilər veb-dizayn haqqında anlayışsız olurlar, və daha yaxşı təklif verən şirkətlərdən çəkinirlər. Həm bu işin onlar üçün nə qədər gəlirli olacağından bixəbərdirlər, həm də onlaraldanmaq istəmirlər. Layihəni müştəri ilə birgə görmək, onun bu sahədə daha çox öyrənməsinə və işdən xəbəri olmasına şərait yaradacaqdır. Bu iki tərəfli proqressə səbəb olacaqdır: 1) Müştəri işin texniki və digər sahələri haqqında bilgi əldə edəcəkdir. 2) Dizayner müştəri haqqında daha yaxşı informasiya əldə edəcək, onun xarakterindən tutmuş, zövqlərinə qədər, hər şeyi dərindən incələyə biləcəkdir. Bunlarsız onlar layihəni tamam başqa yolda gedən maşının başqa adresə çatması kimi nəticə əldə edəcəklər, və nəticədə, vaxt, pul və müştəri itirilmiş olacaqdır.


Əlbəttə ki, bu periodun da limiti vardır. Biz istəmərik ki, dizayner dəyərli vaxtının hamısını müştəriyə sərf etsin, burada müəyyən limitli vaxt təyinləşdirilmişdir ki, burada dizaynerin də peşəkarlığı da ön plana gəlir. Və istənilən halda, biz müştəriyə bütün qanunları pozaraq birbaşa işin daxilinə girməsinə icazə veririk, bununla o özündə yeni fikirlər yaradaraq, işə öz əlavələrini edir, iş yeni istiqamətlərə doğru yol alır. Ancaq deyə bilərəm ki, bunun digər halında, 3-cü şəxs heç zaman müştəri-dizayner münasibətlərində aparıcı rol oyanaya bilmir. Hər insan öz fikrini ifadə etməkdə də mahir deyil, bu istesnalılığı da unutmamaq lazımdır.


Dizaynerlərin işlərinə xüsusi ehtirasları var, peşəkar dizayner, əslində, pixel tək düşünür, görəsən, həqiqətən, mən düz yoldayam, doğrudan da, bu müştərinin istədiyidir?! Bəzən olur ki, menecer müştərinin istədiklərini olduğu kimi çatdırır, bu isə layihəni bünövrədən zərər görməsinə səbəb olan detallar ola bilər, və bu haqqda ona ,yalnızca, dizayner danışa bilər.


Və müştəri bu prosessdə birbaşa özü də iştirak etdiyi üçün, onun da əməyi olduğunu düşünür və bu onu sevindirir. Bu hansısa rəsm əsərində, yaxşı bir ideya vermiş modelə bənzəyir. Rəssam onu modelin istədiyi, əsl ürəyindən keçirdiyi kimi çəkir və o bundan çox məmnun qalır, həm də bu işdə onun da payı olduğunu düşünərək özünü incəsənət adamı kimi də zənn edir və ona xüsusi zövq verir. :)


(Ardi olacaq)