“Unilever” kompaniyasının Rusiya, Ukrayna, Belarusdakı prezident postu vəzifəsi sentyabrın 1-dən Reqin Kuzminə həvalə ediləcək.


Facemark.az xəbər verir ki, bu haqda şirkətin məlumatında deyilib.


Ceyvi Raman isə vəzifəni 2015-ci ilin sentyabrından bəri tutur və “Unilever”də demək olar ki, 30 ildir ki, çalışır. O, vəzifəsindən gedişindən sonra Hindistana geri qayıdacaq və öz şəxsi sahibkarlıq təşəbbüsünü inkişaf etdirəcək.


Şirkətin xəbərində deyilir ki, kompaniyanın tarixində 27 ildən çoxdur ki, ilk dəfə Rusiya, Ukrayna, Belarusda prezident vəzifəsini qadın tutacaq: “O, həmçinin regionun nümayəndələrindən biridir və bu biznes ona həvalə edilib”.


Reqin Kuzmin öz peşəkar fəaliyətinə “Unilever”də 1997-ci ildən başlayıb. O, bu şirkətdə məişət kimyası mallarının marketinq bölməsində çalışıb. O, 18 il ərzində Rusiya, Ukrayna, Belarusda marketinq kommunikasiyaları və satışlar bölməsində məsul vəzifələrdə işləyib.


2015-ci ildən isə Kuzmin “Unilever”in Macarıstan, Bosniya və Hersoqovina və Xorvatiya, Sloveniya bizneslərini idarə edib.


Qeyd etmək yerinə düşər ki, “Unilever” qida və məişət kimyası məhsullarının ən böyük istehsalçısıdır. O bütün dünya üzrə 1000-dən çox markadan ibarətdir. Onların arasında Dove, Rexona, Axe, Knorr, Lipton, Calve, Domestos və başqaları var.