“Wellhead” brendinq agentliyi J7 şirələrinin qablaşdırmasını yenidən dizayn edib. Agentlik bu işi brendin ümumi yenidən mövqeləndirməsi çərçivəsində edib.


Facemark.az xəbər verir ki, şirə və nektarların bütün xətlərinin əsas dizaynında J7-nin “bütün meyvə” konsepsiyasından - istifadə olunub və meyvələrin faydalarından və səhərlər yüksək əhval-ruhiyə bəxş etməsindən bəhs edilib.


Agentlik 14 qida kompozisiyası hazırlayıb və onları markanın ümumi konsepsiyasına 3 xətt üzrə adaptasiya edib. (Bütün meyvə, 100% meyvə şirəsi, həmçinin nektarlar)


Dizayn bütünlüklə daha cazibəli və yığcam olub. İndi markanın ənənəvi simasi yoxdur. Bu yeni qablaşdırmada istehlakçı ilə olan kommunikasiya 360° üzrə aparılıb.


Bütün dəyişikliklər Rusiyalı müştərilər tərəfindən uzun illərdir ki, sevilən markaya informativlik və cazibədarlıq qatıb.


Qeyd edək ki, Rusiyalı istifadəçilərin paketləşdirilmiş şirələr ilə tanışlığının tarixi elə, J7 şirələri ilə başlayıb. Bu birinci brend idi ki, rusiyalı alıcılara yüksək keyfiyyətdə dadlı şirə və rahat qablaşdırma təklif edirdi.