Cari ilin dördüncü rübündən başlayaraq (ilin sonundan) Opel avtomobil markası Kaluqa zavodunda avtomobil istehsal etməyə başlayacaq.
Facemark.az-ın məlumatına görə, bu haqda Rambler / Avto nəşri yazıb.
Daha əvvəl Opel markanın sahibi olan “General Motors”un tələbi ilə bazardan ayrıldı, indi isə avtomobil brendinin sahibi Fransanın PSA konsernidir.
Opelin baş direktoru Mixael Loşeller daha əvvəlki açıqlamasında demişdi ki, Rusiya bazarından ayrılmaq ilə bağlı qərar onu çox təəccübləndirib, çünki marka adıçəkilən bazarda kifayət qədər populyardır. O, demişdi ki, ölkədə ən azı yarım milyon sürücü Opel avtomobili sürür.
Mixael Loşeller
“Rusiyada təxminən 500 000 Opel avtomobili var. Marka əvvəlki kimi böyük populyarlıq əldə edib. Rusiyada alman brendinə sahib olmaq, fransız brendinə sahib olmaqdan daha asandır”.
İndi Kaluqadəki şirkət “Zafira Life” mikroavtobusu və ticarət mikroavtobusu “Vivaro”nun istehsalı ilə məşğul olacaq. Burada, həmçinin “Crossland X” və “Grandland X” yolsuzluq avtomobili istehsal ediləcək.
Daha əvvəl isə “Grandland X” krossoveri Almaniya, Türinqiyadan gətiriləcəyi güman edilirdi.