Şirkətdaxili yoxlamalar nəticəsində, 2013-cü ildə qeyri-qanuni ödəniş aldığı ortaya çıxan “Nissan”ın CEO-su Hiroto Saikawa istefa qərarı alıb.
Facemark.az xəbər verir ki, daha öncə istefa ilə bağlı ona ünvanlanan suallara mandatı verməyə hazır olduğunu deyən Saikawa vəzifəsindən iyulun 16-da ayrılacaq.
“Nissan” cəbhəsindən isə açıqlama bu gün həyata keçirilən İdarə Heyətinin İclasından sonra gəlib. “Nissan”ın İdarə Heyətinin sədri Yasushi Kimura iclasda Saikawa-nın CEO vəzifəsindən istefasını tələb etdiklərini, onun da bu tələbə müsbət cavab verdiyini deyib.
Saikawa mükafat ödənişlərində çox qazanc əldə etdiyini qəbul edib, amma xətanın ona görə olmadığını iddia edib.
“Nissan” Saikawa-dan qalan boş “kreslo”nu ay sonuna qədər doldurmağı planlaşdırır. Şirkətdə CEO vəzifəsini isə müvəqqəti olaraq COO Yasuhiro Yamauchi tutacaq.