Ölkəmizdəki (Türkiyəni nəzərdə tutur-red.) uşaqlar və gənclərin təhsilinə dəstək olmaq üçün hərəkətə keçən qısa video paylaşım platforması TikTok, bu il yaranmasının 151-ci ilini qeyd edən “Türk Qızıl Aypara Cəmiyyəti” ilə güclərini birləşdirib.
Facemark.az xəbər verir ki, “Türk Qızıl Aypara Cəmiyyət”i tərəfindən hazırlanan, içində çəkmələr, corab, palto, şalvar, yun köynək olan karvan TikTok üzərindən #EğitimleDeğişir həştəqi ilə davam etdirilən kampaniya vasitəsilə ehtiyac sahibi tələbələrə çatdırılacaq.
Bundan başqa, platformada kampaniya çərçivəsində paylaşılan hər post üçün TikTok, “Türk Qızıl Aypara Cəmiyyət”inə bir dollar bağışlayacaq.
#EğitimleDeğişir kampaniyasına bu günə qədər məşhurlardan başqa, milli idmançılar, TikTok fenomenləri də dəstək verib.
Kampaniyaya video paylaşım ilə yanaşı, TƏHSİL yazıb, 2868-ə mesaj ataraq da dəstək olmaq olar.
MediaCat