İsveç pərakəndə şirkəti IKEA-nın piştaxtalarında məşhur akula –“Blohey”in kiçik versiyası yerini alacaq.
Facemark.az xəbər verir ki, bu haqda jurnalistlərə IKEA riteylerinin Rusiya üzrə rəhbəri Pontus Erntell deyib. Oyuncaq bütün dünya üzrə payızın sonunda satışa çıxarılacaq.
Akulanın ölçüsü 55 sm təşkil edəcək, onun sələfinin ölçüsü isə demək olar ki, 2 dəfə böyükdür və 100 sm təşkil edir. Oyuncağın qiyməti haqqında isə məlumat verilməyib.
“Blohey” akulaları ötən il beynəlxalq məşhurluq əldə etmişdi. İlk dəfə yumşaq, soyuq simaya malik olan oyuncağın fotosu Qərb internetində görünməyə başlayıb. Daha sonra isə onu Rusiyada aşkar etdilər.
Akula tez bir zamanda təkcə sosial şəbəkələrdə populyarlıq qazanmadı. Rusiyalılar oyuncaq akulanı IKEA-dan almağa başladılar. Demək olar ki, “Blohey”i mağazalarda tapmaq çətinləşmişdi. Nəticədə satıcılar onu daha baha qiymətə onlayn mağazalarda satmağa başladılar. Məsələn, mağazada onu 1,5 min rubla almaq mümkün idisə, “Avito” onlayn meydançasında isə bu 2-4 min rubla başa gəlirdi.
