“SpaceX” şirkətinin rəhbəri İlon Mask Marsa insan göndərməyi planlaşdırdıqları kosmik gəmisi “Starship”i təqdim edib.
Facemark.az xəbər verir ki, Mask deyib ki, yeni kosmik gəmi Ay, Mars və başqa planetlərə insan və yük daşıma vəzifəsini yerinə yetirdikdən sonra, Dünyaya geri dönərək, enmə əməliyyatını yerinə yetirə biləcək şəkildə hazırlanıb.
“Starship” İlon Maskın son dövrlərdə həyata keçirdiyi ən maraqlı işlərindən biridir və onun tanıtımı “SpaceX”in Texsasdakı müəssisəsində yerinə yetirilib. Şirkətin rəhbərinin sözlərinə görə, kosmik gəmi bir-iki ay içində kosmik fəzaya səyahət edəcək.
Dünyanın ən güclüsü olacaq raketin diametri 9 metr, hündürlüyü 50 metr, yük götürmə qabiliyyəti isə 150 tondur.
“Starship” ilk uçusu zamanı dünyaya qayıtmadan öncə təxminən 20 kilometr yüksəkliyə qalxması gözlənilir. İlk uçusuşun “SpaceX”in ilk raketinin orbitə ilk dəfə çatmasının 11-ci il dönümünə təsadüf edəcəyi gözlənilir.
Videoya keçid üçün linkə klik edin.